Modern.az

Yaxın üç günün hava proqnozu

Yaxın üç günün hava proqnozu

Ölkə

1 Sentyabr 2010, 17:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, cənub küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olacağı gözlənilir.Havanın temperaturu gecə 20-24, gündüz 32-35 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb, şimal küləyi əsəcəyi, yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 30-33 dərəcə isti olacaq.
Senyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olacağı gözlənilir. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Sentyabrın 2-də hava şəraitinin yağmursuz keçəcəyi, qərb küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-23, gündüz 32-37, dağlarda isə gecə 13-18, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 3-4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 3-də gecə və axşam bəzi qıraq qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli lokal yağış yağacağı gözlənilir. Qərb, şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, sentyabrın 4-ü gündüz saatlarında isə şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda isə gecə 12-17, gündüz 23-27 dərəcə isti olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI