Modern.az

İlham Əliyev seçki gününü təyin etdi

İlham Əliyev seçki gününü təyin etdi

Ölkə

3 Sentyabr 2010, 20:35

Azərbaycanda parlament seçkisinə rəsmi start verilib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıb:

"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin".

Sentyabrın 4-dən isə Azərbaycanda Milli Məclisə keçiriləcək seçki marafonuna rəsmən start verilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi  Azər Sarıyevin bildirdiyinə görə, Prezident Milli Məclisə seçkilərin noyabrın 7-də keçirilməsi barədə sərəncam imzalayıb. Qanunvericiliyə görə, sərəncam dərc olunan gündən seçkilərə rəsmi start verilir.

Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçiriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?