Modern.az

Gəldi məktəb zamanı...

Gəldi məktəb zamanı...

Ölkə

15 Sentyabr 2010, 00:13

Müəllim və şagirdlərin çoxdan gözlədikləri 15 sentyabr-Bilik Günü gəldi. Bu gün Azərbaycanda yeni – 2010-2011-ci tədris ili başlayır. Modern.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, yeni tədris ilində ölkədəki 4546 ümumtəhsil məktəbində 1 milyon 359 min 900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169 min 498 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120 min 844 nəfər olacağı proqnozlaşdırılır. Bundan 29700 altıyaşlının Bakı məktəblərində dərsə gedəcəyi olması proqnozlaşdırılır.

Təhsil Nazirliyinin məlumatına görə, bu dərs ilində 36 dövlət ali təhsil müəssisəsində 116 min 930, 15 özəl ali məktəbdə isə 19 min 430 tələbə təhsil alacaq. Dövlət ali təhsil ocaqlarında 12 min 800, qeyri-dövlət ali məktəblərində isə 2 min 90 müəllim çalışır.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 15-də Bakı şəhərinin ali və orta ixtisas məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində və ətraf ərazilərdə ictimai qaydanın qorunması, təhlükəsizliyin təmin olunması üçün həmin ərazilərdə post-patrul xidmətinin təşkil olunması, avtomobil tıxaclarının qarşısının alınması üçün yol polisi əməkdaşlarının ayrılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb, pedaqoji kollektivlərlə işgüzar əlaqələr yaradılıb. Texniki və yanğından mühafizənin vəziyyətini aydınlaşdırmaq və mövcud nöqsanları aradan qaldırmaq üçün pedaqoji kollektivlərin və aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə bütün məktəblərə baxış keçirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu