Modern.az

Bədrəddin Quliyevin sənədləri DSK-da qəbul edilib

Bədrəddin Quliyevin sənədləri DSK-da qəbul edilib

Ölkə

15 Sentyabr 2010, 17:28

Cumhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Bu barədə o, Modern.az –a məlumat verib. B. Quliyevin sənədləri bu gün Dairə Seşki Komissiyasında qəbul edilib.

CHP sədri onun sənədlərinin guya DSK-da qəbul edilməməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. B.Quliyev deyib ki, DSK onun sənədlərini elə ilk cəhddən qəbul edib.

“Mənim sahibkarlıq fəaliyyəti ilə məşğul olmağım namizəd kimi iştirakıma müəyyən problemlər yaradır. Amma bu məsələnin DSK-dakı qeydiyyat məsələmə heç bir dəxli yoxdur. Qəbz cibimdədi. Seçkilərə qatılmaq əzmindəyəm”-deyə B.Quliyev vurğulayıb.

CXP sədrinin sənədlərinin qəbul edildiyini 25 saylı Dairə Seçki Komissiyasından da təsdiq ediblər. DSK-nın sədri Heydər Vəliyev saytımıza bildirib ki, B.Quliyevin sənədləri problemsiz qəbul edilib.

Qeyd edək ki, AXCP-Müsavat seçki blokunun vahid namizədi, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da bu dairədən namizədliyini irəli sürəcək.

Modern.az      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu