Modern.az

Lalə Şövkət parlament siyasətini tərk edib

Lalə Şövkət parlament siyasətini tərk edib

21 Sentyabr 2010, 19:07

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət  partiyanın təsisçisi olduğuğu “İnsan Naminə” blokunun namizədlər siyahısına adı salınmayıb. 
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Modern.az-a açıqlamasında bu məsələyə münasibətini birmənalı açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, bu Lalə Şövkətin öz qərarıdır. 
“Lalə xanım parlament siyasətini tərk edib”- deyə Ə. Temirxan bəyan edib. Bununla yanaşı, ALP sədri vurğulayıb ki, Lalə Şövkət siyasətdən getməyib və partiyanın lideri kimi namizədlərə dəstək verəcək.

Xatırladaq ki, keçmiş dövlət katibi Lalə Şövkət 2005-ci ildə keçirilən parlament seçkilərində  17 saylı Yasamal üçüncü seçki dairəsindən qalib gəlsə də, deputat mandatınan imtina etmişdi. 2006-ci ildə MSK Lalə Şövkətin mandatını ləğv edib. Onun dairəsində əlavə seçkilər keçirilməyib və dairə bu günə qədər boş saxlanılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal