Modern.az

Etibar Məmmədov: “Azərbaycanda siyasi partiya üzvü olmaq təhlükəlidir”

Etibar Məmmədov: “Azərbaycanda siyasi partiya üzvü olmaq təhlükəlidir”

9 Oktyabr 2010, 13:32

Londonda hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının qurultayında iştirak edən AMİP lideri Etibar Məmmədov BBC-yə müsahibəsində Azərbaycandakı gözlənilən parlament seçkiləri və ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini açıqlayıb.

Modern.az-ın məlumatına görə, AMİP lideri bu ilki seçkilərin avtoritar şəraitdə keçirildiyini qeyd edib. Onun sözlərinə görə, ölkdəki avtoritar səylər nəticəsində siyasi partiyaların seçkilərdə iştirakı praktik olaraq qeyri-mümkün olub.

E. Məmmədov bu səbəbdən siyasi partiyaların qaldırdıqları şüarların əhəmiyyətinin qalmadığını deyib: “Bu mənə ağır gəlir”.

Özünün seçkilərdən imtina etməsi ilə bağlı səbəblərə toxunmayan E.Məmmədov bildirib ki, AMİP-də cari rəhbərliyi həyata keçirmir.
“Mən sadəcə AMİP-in fəxri lideriyəm. Seçkilər də iştirak etmirəm”-deyə o vurğulayıb.

Böyük Britaniyadakı siyasi partiyaların təcrübəsinin Azərbaycanda tətbiqinin çətin olduğunu deyən AMİP liderinin fikrincə, ölkənin müstəqillk qazandığı ilk illərdə yeni siyasi –ideoloji baxışları əks etirən partiyaların formalaşması prosesi başlasa da, sonradan avtoritar idarəetmə nəticəsində komunist ənənlərinə yenidən qayıdılıb.

“Azərbaycanda indi siyasi partiya üzvü olmaq təhlükəlidir. Hətta siyasi partiyanı maliyyələşdirmək həmin biznesmenin var-yoxdan çıxması ilə nəticələnir”- deyə E.Məmmədov bildirib.

Bununla yanaşı, AMİP liderinin fikrincə, hakimiyyətin əleyhinə çıxması hər bir siyasi partiyanın borcudur. “Dövlət və hakimiyyət ayrı-ayrı anlayışlardır. Hakimiyyət müvəqqəti olur və siyasi pariyaların hakimiyyətin əleyhinə işləməsi onların borcudur. Bu rəqabətdir və inkişafa aparır”-deyə E. Məmmədov qeyd edib.   

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu