Modern.az

DSK müsavatçı deputatı yenidən namizəd kimi qeydə almadı

DSK müsavatçı deputatı yenidən namizəd kimi qeydə almadı

12 Oktyabr 2010, 17:11

AXCP-Müsavat seçki blokundan 79 saylı İmişli seçki dairəsi üzrə vahid namizəd olan İltizam Əkbərlinin namizədliyi qeydə alınmayıb. Bu barədə Modern.az –a 79 saylı DSK-dan məlumat verilib. Qurumdan bildiriblər ki, imza vərəqələrində çatışmamazlıqlar üzündən deputat marafondan kənarda qalıb.

Qeyd edək ki, İltizam Əkbərin dairəsində 14 nəfər imza vərəqləri götürüb. Bu günə qədər onlardan cəmi 4 nəfəri qeydə alınıb. Onların içində YAP-ın vahid namizədi, “KARAT-HOLDİNQ” MMC-nin direktoru Əsabil Qasımov da var. 

İ.Əkbərli imza vərəqlərini oktyabrın 6-da DSK-ya qaytarıb.

İltizam Əkbərli 2005-ci ildə keçirilmiş seçkilərdə Müsavat partiyasının namizədi kimi mandat qazanıb.   

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu