Modern.az

"Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə aparılmalıdır"

"Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə aparılmalıdır"

Ölkə

13 Oktyabr 2010, 18:23

«Kölgə iqtisadiyyatına qarşı mübarizənin aparılması dövlət büdcəsinin gəlirlərinin artmasına səbəb ola bilər".
Modern.az-ın məlumatına görə, bu fikri parlamentin iclasında büdcə müzakirələri zamanı Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov dilə gətirib.
Onun sözlərinə görə, ölkədə kölgə iqtisadiyyatının mövcudluğunu dövlət qurumları da təsdiq edir:
"Büdcənin formalaşmasında neft amilinin artması narahatçılıq yaradır. Hazırki şərait əsas diqqətin qeyri-neft sektorunun inkişafına yönəlməsini tələb edir. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin bir yolu kölgə iqtisadiyyatına qarşı mübarizənin təşkilindən ibarətdir. Dövlət Statistika Komitəsi bunun iqtisadiyyatda 19, beynəlxalq təşkilatlar isə 60 faiz təşkil etdiyini bildirilər. Deməli, kölgə iqtisadiyyatının mövcudluğu inkar edilməməli, əksinə, ona qarşı mübarizə aparılmalıdır. Yaxşı olardı ki, Milli Məclisdə kölgə iqtisadiyyatına qarşı mübarizə aparacaq ictimai qurum yaradılsın".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu