Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəsi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupu bu günə qədər 36 şikayətə baxıb.
Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən məlumat verilib. Bu şikayətlərin əksəriyyəti müxalifətçi seçki blokları tərəfindən edilib. MSK-ya ən çox şikayət “AXCP-Müsavat” seçki blokundan daxil olub. Bu günə qədər ekspert qurumu 19 belə şikayəti araşdıraraq rəy verib.
Modern.az