Modern.az

Qarabağ danışıqlarında mühüm xəbər: ilin sonuna qədər “yol xəritəsi” imzalanacaq

Qarabağ danışıqlarında mühüm xəbər: ilin sonuna qədər “yol xəritəsi” imzalanacaq

Ölkə

19 Oktyabr 2010, 17:08

Qondarma “DQR naziri”: “Minsk Qrupu işğal olunduğu iddia edilən ərazilərin Azərbaycana məxsus olduğunu qəbul edirlər

Bu ilin sonuna qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı “yol xəritəsi” imzalanacaq. Bu sensasiyaslı xəbəri qondarma Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Arman Melikyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib.

Melikyan bildirib ki, Minsk Qrupunun qiymətləndirmə missiyasının işğal olunmuş torpaqlara sonuncu səfərində ən vacib nüans kimi bu tərkibə BMT-nin qaçqınlar üzrə ali komissarının nümayəndəsinin qoşulması olub. Onun sözlərinə görə, bu onu göstərir ki, Minsk Qrupu bu əraziləri “Azərbaycana məxsus olduğunu” qəbul edirlər. Bununla bağlı o deyib ki, qaçqınlar üzrə nümayəndənin tərkibdə olması onu göstərir ki, missiyanın məqsədi situasiyanı qiymətləndirmək və azərbaycanlı köçkünlərin yaşadıqları yerə qayıtmaları üçün imkanları öyrənmək olub.  

Melikyan bildirib ki, Minsk Qrupunun bunun ardınca “işğal olunmuş” ərazilərlə bağlı vəziyyətə yekun qiyməti və burada azərbaycanlıların məskunlaşması ilə bağlı mövqeləri hazırladıqları hesabatda əksini tapacaq.  

Yeri gəlmişkən, bu arada BMT-nin Baş katibi Pan Gi Mun bəyan edib ki, BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır.

"Bizim bir çox münaqişələrimiz var və bu münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi də dialoq və sülh yolu ilə həll edilməlidir. Dağlıq Qarabağ münaqişəsi uzun bir müddətdir ki mövcuddur. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində öz vasitəçilik missiyasını yerinə yetirir. BMT də münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır", - bu fikirləri BMT-nin Baş katibi İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 60 illik yubileyinə həsr edilmiş mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair suala cavabında deyib. 

Modern.az
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu