Dairə Seçki komissiyaları tərəfindən namizədliyi qeydə alınmaqdan imtina olunmuş 300 nəfərdən artıq şəxsin yarıdan da azı MSK-ya şikayət edib. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. Onun sözlərinə görə, daxil olan şikayətlərin araşdırılamsı üçün MSK-da ekspert qrupu yaradılıb və bu qrup şikayətləri sıfırdan araşdırır. Bu qrupa qrafoloqlar, peşəkar ekspertlər daxildir. Onların rəyindən sonra namizədlə bağlı qərar çıxarılır.
A. Sarıyev bildirib ki, hazırda qeydə alınan namizədlər MSK-ya şikayətlə müraciət edənlərdir. Ən çox müraciət fərdi şəxslərdən qəbul olunub. Yaxın günlərdə bu proses yekunlaşacaq.
Modern.az