Deputat mandatını “papaq altındakı oğlanlar” da qazana bilər
Parlament seçkilərində iştirak etmək üçün vəsiqə qazanmış bütün namizədlərin adları demək olar ki, bəllidir. Modern.az saytı oxucuların marağını nəzərə alıb ölkədə tanınmış insanların, ictimai xadimlərin, hüquqşünasların, siyasətçilərin və digər peşə sahiblərinin hansı dairədən öz şanslarını sınayacaqlarını araşdırıb. Lakin əvvəlcədən bildirmək istərdik ki, bizim adlarını çəkmədiyimiz insanların həmin dairələrdə şanssız olduqları qənaətində deyilik. Sadəcə olaraq, ictimaiyyət arasında tanınan, populyar olan adların hansılarının seçkilərə qatıldıqlarını və hansı dairəni, hansı bölgəni seçdiklərini bilmək maraqlı olar.
1 saylı Şərur-Sədərək seçki dairəsindən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun adı diqqəti çəkir.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsində ən məşhur namizəd Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevdir.
4 saylı Naxçıvan şəhər seçki dairəsindən hazırki MM üzvü Eldar İbrahimov, 5 saylı Şahbuz - Babək seçki dairəsindən isə Səyavuş Novruzovun adlarını qeyd etmək olar.
7 saylı Ordubad - Culfa seçki dairəsindən BAXCP sədri Qüdrət Həsənquliyev namizədliyini irəli sürənlər arasında ictimaiyyətin daha çox tanıdığı şəxsdir.
8 saylı Binəqədi 1-ci seçki dairəsindən Oktay Əsədov və Arzu Səmədbəyli şanslarını götür-qoy edəcəklər.
9 saylı Binəqədi 2-ci seçki dairəsi isə tanımışlarla zəngindir. Hazırki deputat Rafael Cəbrayılov, ADP sədrinin müavini Taliyət Əliyev, BAP sədri Elşad Musayev, AMİP-çi Əli Orucov və QAT sədri Akif Nağı… Bir sözlə burada daha gərgin mübarizə gedəcək.
10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputat Madər Musayev, 11 saylı Qaradağ seçki dairəsindən isə KAXCP üzvü Bəybala Əbil, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən millət vəkili Mixail Zabelin, 13 saylı Xəzər birinci seçki dairəsindən deputat Rauf Əliyev marafona qoşulan o biri namizədlərə nisbətən daha çox tanınırlar.
14 saylı Xəzər ikinci seçki dairəsindən isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəksiz liderdir.
15 saylı Yasamal birinci seçki dairəsindən mərhum Elçibəyin köməkçisi Ülvi Həkimov, VİP sədri Əli Əliyev, «Lider» telekanalının aparıcısı Etibar Hüseynov, AMDP sədri Nemət Pənahlı Müsavat Partiyasının başqanı İsa Qəmbərlə yarışacaqlar.
16 saylı Yasamal seçki dairəsindən savadlı hüquqşünas Erkin Qədirli və BDU-nun rektoru Abel Məhərrəmov namizədliklərini irəli sürüblər.
17 saylı Yasamal üçüncü seçki dairəsində isə millət vəkili Ülvi Quliyev, ASDP sədri Araz Əlizadə, ADP funksoneri Həsrət Rüstəmov, dosent Nüşabə Sadıxlı və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid yarışacaqlar.
18 saylı Nərimanov-Nizami seçki dairəsindən professor Cəmil Həsənli, politoloq Rasim Musabəyov və Azadlıq Partiyasının sədri Əhməd Orucun namizədlikləri qeydə alınanlar arasında ən tanınmışlarıdır.
19 syalı Nərimanov birinci seçki dairəsindən AXCP sədrinin müavini Gözəl Bayramova və YAP icra katibi Əli Əhmədovun adları diqqəti çəkir. Müxalifət və iqtidar düşərgəsi üçün daha çox diqqət çəkir.
20 syalı Nərimanov ikinci seçki dairəsindən isə tanınmış vəkil Aslan İsmayıl, KAXCP funksioneri Xəzər Teyyublu, deputat Adil Əliyev şanslarını sınayacaqlar.
21 saylı Nəsimi birinci seçki dairəsində ADP sədri Sərdar Cəlaloğlu, 22 syalı Nəsimi ikinci seçki dairəsində millət vəkilləri Pənah Hüseyn və Asim Mollazadə marafona qoşulublar.
23 Nəsimi-Səbayel seçki dairəsindən isə Ziyad Səmədzadə və AXCP sədrinin müavini Razi Nurullayev, 24 syalı Nizami birinci seçki dairəsindən Rövnəq Abdullayev, “Dalğa”çı Ramin Hacılı, 25 syalı Nizami ikinci seçki dairəsindən Rauf Arifoğlu və “Ədalət” Partiyasının sədr müavini Elxan Şükürlü, Cümhuriyyət Xalq Partiyasının Bədrəddin Quliyev namizədlikldəri qeydə alınan tanınmış simalardır.
26 saylı Sabunçu birinci seçki dairəsindən deputat Fazil Mustafa, 27 saylı Sabunçu ikinci seçki dairəsində millət vəkili Fərrux Zeynalov, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən millət vəkili Eldar Quliyev, 29 syalı Səbail üçüncü seçki dairəsindən deputat Fuad Muradov, AXCP sədrinin müavini Həsən Kərimov namizədliklərini təsdiq etdirən ən tanınan şəxslərdi.
Maraqlı dairələrdən biri də 31 saylı Suraxanı ikinci seçki dairəsidir. Burada AXCP sədri Əli Kərimli keçmiş silahdaşı Fərəc Quliyevlə, deputat Əhəd Əbiyev və Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevlə mübarizə aparmalı olacaq. Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də məhz bu dairədən namizədliyini irəli sürüb.
32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Ağacan Abiyev, 33 saylı Xətai birinci seçki dairəsindən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, deputat Hüseynbala Mirələmov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı şanslarını sınayacaqlar.
34 saylı Xətai ikinci seçki dairəsində deputat Gülər Əhmədova, sabiq deputat Əli Əlirzayev, jurnalist Azər Həsrət, millət vəkli Nəsib Nəsibli kimi tanınmış adlar var.
35 saylı Xətai üçüncü seçki dairəsində isə İqbal Ağazadə və Aqil Səmədbəyliylə yanaşı istefada olan hərbçi Canmirzə Mirzəyevin adını qeyd etmək olar.
36 saylı Xətai dördüncü seçki dairəsində QHT sektorunun nümayəndəsi Oqtay Gülalıyev və millət vəkili Səməd Seyidov deputat mandatı uğrunda yarışacaqlar.
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsində millət vəkili Aydın Abbasov, Tərəqqi partiyasının sədri Çingiz Dımiroğlu, 38 saylı Nizami ikinci seçki dairəsində isə deputat Asəf Hacıyev namizədliklərini irəli sürüblər.
39 syalı Kəpəz birinci seçki dairəsində AMİP sədri Yusif Bağırzadə və Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev, 40 syalı Kəpəz ikinci seçki dairəsində millət vəkili Musa Quliyev, 41 syalı Sumqayıt birincidə isə Müsavatçı deputat İkram İsrafil namizəd olanlardan ən tanınmışlardır.
Sumqayıtda da mənzərə maraqlıdır. 42 saylı Sumqayıt seçki dairəsindən professor Musa Qasımlıvə KXCP sədri Mirmahmud Mirəlioğlu, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Müsavatçı Sülhəddin Əkbər və DADP sədri Məmməd Əlizadə, “Azərkimya”nın rəhbəri Muxtar Babayev yarışacaqlar.
44 saylı Sumqayıt-Abşeron seçki dairəsində Ümid Partiyasından Nəsimi Məmmədli, «Xalq Cəbhəsi» qəzetinin redaktoru Arzu Şirinova, deputat Baba Tağıyev, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ortadakı bir mandatı qazanmaq istəyindədir.
45 saylı Abşeron seçki dairəsində AzTV Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Arif Alışanov, Miqrasiya Mərkəzinin direktoru Əlövsət Əliyev, 46 saylı Şirvan seçki dairəsindən isə deputat Azay Quliyevin adını görürük.
47 saylı Mingəçevir seçki dairəsindən millət vəkili Aydın Mirzəzadə, 48 syalı Yevlax seçki dairəsindən deputat İlham Məmmədov, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Milli Məclis üzvü Əli Hüseynov yenidən deputat olmaq istəyirlər.
50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən Zeynəb Xanlarova, 52 syalı Quba seçki dairəsindən Vaqif Arzumanlı və deputat Vahid Əhmədov, 53 saylı Quba-Qusar seçki dairəsindən millət vəkili Yevda Abramov seçkilərə qatılmaq hüququ qazanan tanınmışlardır.
54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat Tahir Süleymanov, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat Lalə Abbasova, Ahıska türklərinin rəhbəri İbrahim Burhanov, 57 saylı Kürdəmir seçki dairəsində isə deputat Fərhad Qəribov rəqiblərinə nisbətən çox tanınırlar.
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində «Qaya» Mətbuat yayımının rəhbəri Xanhüseyn Əliyevin və millət vəkili Rafael Hüseynovun adları diqqəti cəlb edir.
59 saylı Salyan seçki dairəsindən elə həmin rayonun icra başçısı Əliağa Hüseynov, 60 saylı Salyan-Neftçala seçki dairəsindən AVP sədri Fəzail Ağamalı, 61 saylı Neftçala seçki dairəsindən isə Milli Məclis üzvü Arif Rəhimzadə, 62 saylı Saatlı seçki dairəsindən akademik Cəlal Əliyevin adlarını görürük.
63 saylı Sabirabad birinci seçki dairəsindən «İrəli» ictimai Birliyinin sədri Ceyhun Osmanlı, müxakifətçi Qiyas Sadıqov, 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat Rüstəm Xəlilov, VHP üzvü Samir Əsədli namiəzdliklərini sınayacaqlar.
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən akademik Əhliman Əmiraslanov, 66 saylı Biləsuvar seçki dairəsindən deputat Xanhüseyn Kazımlı tanınmış namizəddir.
68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat Mirkazım Kazımov, 69 syalı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, deputat Fəzail İbrahimli, 71 saylı Masallı kənd seçki dairəsindən isə deputat Elmira Axundova və sabiq deputat Əliməmməd Nuriyev namizəddirlər.
72 saylı Yardımlı-Masallı seçki dairəsindən «Yeni Müsavat» qəzetinin əməkdaşı Elşad Paşasoy, VHP sədri Sabir Rüstəmxanlı, 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev, 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat Hadı Rəcəbli, 75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputat Cavanşir Paşazadə, 76 saylı Lənkəran-Astara seçki dairəsindən Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov, 78 saylı Lerik seçki dairəsindən “Kaspi-Yıldız” şirkətinin rəhbəri İqbal Məmmədov, 79 saylı İmişli seçki dairəsindən sahibkar Əsabil Qasımov, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən hüquq müdafiəçisi Çingiz Qənizadə, 81 saylı Beyləqan seçki dairəsindən isə sabiq Müsavatçı Tapdıq Abbas və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov namizəd statusu qazanan tanınmışlardır.
82 saylı Ağcabədi seçki dairəsindən millət vəkili Tahir Rzayev, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən isə Aqil Abbas və iqtisadçı ekspert Vüqar Bayramov daha çox tanınan namiəzddirlər.
84 saylı Füzuli seçki dairəsindən MM-in vitse-spikeri Bahar Muradova, 85 saylı Şamaxı seçki dairəsindən Vəhdət Partiyasının sədri Tahir Kərimli və AVCİYA-ının prezidenti Elxan Süleymanovun adları diqqəti cəlb edir.
86 saylı İsmayıllı seçki dairəsindən Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Mərkəzi Univernmağın rəhbəri Ərəstun Cavadov və sabiq deputat Cümşüd Nuriyev, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərov, 90 saylı Ağdaş seçki dairəsindən deputat Çingiz Əsədullayev ictimai kəsimdə rəqiblərindən bir qədər çox tanınırlar.
91 saylı Ucar seçki dairəsindən deputat Elton Məmmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 93 saylı Bərdə şəhər seçki dairəsindən Zahid Oruc, 94 saylı Bərdə kənd seçki dairəsindən isə Gövhər Baxşəliyeva və jurnalist Taleh Şahsuvarlı marafona qoşulublar.
95 saylı Tərtər seçki dairəsinin seçiciləri bu dəfə də siyahıda tanınmış jurnalist adına rast gələcəklər. Bu «Lider» telekanalının aparıcısı Sahib Alıyevdir.
96 saylı Goranboy-Naftalan seçki dairəsindən «Elçi» qəzetinin baş redaktoru Əli Həziquliyev, 97 saylı Goranboy-Ağdam -Tərtər seçki dairəsindən isə sabiq deputat Gülçöhrə Məmmədova və jurnalist Aqil Aslan namizəddirlər.
99 saylı Şəmkir kənd seçki dairəsi deputat Məlahət İbrahimqızı, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi deputat Mübariz Qurbanlının adı ilə yadda qalır.
101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən isə millət vəkili Rövşən Rzayev, 102 saylı Samux-Şəmkir seçki dairəsindən MM sədrinin müavini Valeh Ələsgrov namizədliklərini qeydə aldırıblar.
104 saylı Gədəbəy- Tovuz seçki dairəsində iki YAP-çı deputat Nazim Məmmədov və Rafiq Məmmədhəsənov mübarizəyə qoşulublar.
105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayeva, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən isə Ədalət Partiyasının sədri İlyas İsmayılov, 107 saylı Qazax seçki dairəsindən «Odlar Yurdu» Universitetinin rektoru Əhməd Vəliyev marafondadır.
108 saylı Ağstafa seçki dairəsindən deputat Nizami Cəfərov, 109 saylı Balakən seçki dairəsindən isə millət vəkili Rəbiyyət Aslanova kimi tanınmış adlar var.
110 saylı Zaqatala seçki dairəsində deputat Hikmət Atayev, 111 saylı Zaqatala-Balakən seçki dairəsində deputat Dünyamin Xəlilov, 112 saylı Qax seçki dairəsində deputat Azər Kərimli, 113 saylı Şəki şəhər seçki dairəsi tarixçi alim Yaqub Mahmudov, 114 saylı Şəki kənd seçki dairəsi millət vəkili Əli Məsimli, 115 saylı Şəki kənd ikinci seçki dairəsi isə professor Adil Qeybullanın adlarını görürük.
116 saylı Qəbələ seçki dairəsindən deputat Fəttah Heydərov, 117 saylı Oğuz-Qəbələ seçki dairəsində Azərbaycan Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlı, 118 saylı Ağdam şəhər seçki dairəsindən deputat Bəxtiyar Əliyev, 119 saylı Ağdam kənd seçki dairəsindən isə deputat Bəxtiyar Sadıqov, 120 saylı Cəbrayıl –Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev, 121 saylı Laçın seçki dairəsindən Nazim Fətiyev, 123 saylı Kəlbəcər seçki dairəsindən millət vəkili Cavid Qurbanov, 124 saylı Şuşa-Ağdam-Xocalı Xocavənd seçki dairəsindən isə deputat Elman Məmmədov şanslarını sınayacaqlar.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən isə deputat İmamverdi İsmayılov və tanınmış tarixçi alim Nəsiman Yaqublu namizədliklərini qeydə aldırıblar.
Yazının sonunda bir daha xatırlatmaq istərdik ki, adlarını çəkdiklərimiz namizədlər sadəcə ölkə ictimaiyyəti arasında bir qədər çox tanınan olan adamlardır. Biz bununla digər namizədlərin şanssız olduqları qənaətini aşılamaq istəmirik. Nahaq yerə deməyiblər “papaq altında oğlanlar var”. Yəqin ki, sadalanan dairələrin yalnız öz ərazisində tanınan elə namizəd var ki, geniş ictimai kəsimin tanıdığı rəqibindən daha nüfuzludur. Və ola bilsin mandatı elə həmin şəxs qazanacaq. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!
Modern.az