Azərbaycanda keçiriləcək 2010-cu il parlament seçkilərində iştirak etmək üçün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürüb və qeydə alınıb.
Partiyanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, əvvəlki seçkilərlə müqayisədə Hafiz Hacıyev builki təbliğatını daha da canlı qurmaq üçün partiya üzvülərinə müraciət edib. O, hər bir partiya üzvündən xahiş edib ki, hərə 1 manatdan partiyanın Seçki Qərərgahına yardım etsin.
Modern.az