Modern.az

Ter-Petrosyan: “Sərkisyan rejimi yaxın vaxtda dəyişilməsə, Ermənistanı ölüm gözləyir”

Ter-Petrosyan: “Sərkisyan rejimi yaxın vaxtda dəyişilməsə, Ermənistanı ölüm gözləyir”

22 Oktyabr 2010, 16:22

“Saxta vətənpərvərlik, türkofobiya talan və oğurluğu davam etdirmək üçün Ermənistan hakimiyyətin əlində bir lisenziyaya çevrilib. Serj Sarkisyanın məntiqinə görə, əgər vətənpərvər və türkofob deyilsənsə, deməli satqın və “beşinci kolonna”san. Əgər bu başabəla “vətənpərvərlər qarət etdikləri pulları Qarabağa xərcləsəydilər o zaman bu torpaqlar belə sürətlə boşalmazdı”.

Bu sözləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan müxalifətin İrəvanda keçirdiyi mitinqində deyib. Modern.az erməni informasiya resurslarına istinadən bildirir ki, eks-prezident çıxışında Serj Sərkisyan rejimini kriminal piramida adlandıraraq bu bandanın1999-cu il 27 oktyabr parlamentinin gülləbaran olunmasından sonra formalaşdığını deyib.

Müxalifətin lideri qeyd edib ki, bandit rejimi “vətənpərvərlik”, “dövlət maraqları”, “soyqırımın tanınması”, “Qarabağın azad edilməsi” kimi şüarlar altında gizlənərək əslində xalqın qarət edilməsi hesabına özlərinin rifah halının yaxşılaşması məqsədi güdür.

“Vətən onlar üçün zəbt etdikləri bu ərazi, obyekt xarakteri daşıyır. Qarabağ məsələsi isə onlar üçün öz qanunsuz əməllərini ört-basdır etmək üçün bir pərdədir”-deyə eks-prezident bildirib.                                                

Ermənistanda korrupsiyanın tuğyan etdiyini deyən Petrosyan bildirib ki, rüşvət və iri miqyaslı korrupsiya Ermənistan hakimiyyətinin bütün pilləkənlərində geniş yayılıb. Bütün yüksək rütbəli məmurların iri biznesləri var.

“Korrupsiya, qanunların işləməməsi, antimilli xarici siyasət Ermənistanı gətirib uçuruma çıxarıb. Əgər yaxın vaxtalarda hakimiyyət dəyişməsə bizim ölkəmiz ölümə məhkum olcaq. Buun məsuliyyətini bu cinayətkar rejim, onun psevdomüxalifəti və biganə vətəndaşlar  daşıyır”-deyə eks-prezident mitinqdə deyib.  


Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu