Modern.az

Azərbaycanda gündə 440 körpə doğulur

Azərbaycanda gündə 440 körpə doğulur

25 Oktyabr 2010, 11:27

Dövlət Statistika Komitəsi Azərbaycandakı demoqrafiq vəziyyətə dair məlumat açıqlayıb. Modern.az komitəyə istinadla xəbər verir ki, 2010-cu ilin doqquz ayı ərzində əhalinin sayı 79,7 min nəfər və yaxud 0,9 faiz artaraq oktyabr ayının 1-i vəziyyətinə 9077 min nəfərə çatıb.
Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşlı gənclər ölkə əhalisinin 31 faizini təşkil edir.

Hesablamalara görə cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır.

2010-cu ilin doqquz ayı ərzində Azərbaycanda 120 min, gündə təxminən 440 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,1-dən 17,9-dək artmışdır.

İlin əvvəlindən ölkədə 53 min nikah və 6,5 min boşanma halları qeydə alınıb və 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 7,9-a qədər azalıb, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb. Birinci nikaha daxil olan kişilərin orta yaş həddi 27, qadınlar arasında 23 yaş olub.

2010-cu ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1,6 min nəfərin gəldiyi və 0,7 min nəfərin ölkədən getdiyi qeydə alınıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu