Modern.az

Rəsul Quliyevin seçkilərdə iştirakına kim imkan verməyib?

Rəsul Quliyevin seçkilərdə iştirakına kim imkan verməyib?

26 Oktyabr 2010, 13:26

Azərbaycan Milli Məclisinin keçmiş sədri, hazırda ABŞ-da siyasi mühacirətdə olan Rəsul Quliyevin  parlament seçkilərində namizəd olmaq niyyəti baş tutmayıb. Belə ki, eks-spiker seçkilərdə bir blokda iştirak etmək üçün xüsusi nümayəndəsini ADP sədri Sərdar Cəlaloğlu ilə görüşə göndərib. Bu barədə danışan S.Cəlaloğlu qeyd edib ki, Rəsul Quliyevin nümayəndəsi ilə görüşdə eks-spiker bununla bağlı təkliflərini çatdırıb.

“Seçki kampaniyasından əvvəl eks-spikerin nümayəndələri onun adından mənimlə görüşdülər. Onlar bildirdilər ki, Rəsul Quliyevin rəhbərlik etdiyi siyasi partiya ADP ilə birgə “Qarabağ” blokunda iştirak etmək istəyir. Amma blokda  aparılan müzakirələrdən sonra bu təklif rədd edilib”.

Buna görə də Rəsul Quliyevin parlament seçkilərində iştirak məsələsi və Açıq Cəmiyyət Partiyasının seçki bloku ilə əməkdaşlığı alınmayıb. S.Cəlaloğlu qeyd edib ki, hal-hazırda Rəsul Quliyevlə heç bir əlaqə saxlamır.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu