Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən A.T. Abbasov adına şəhər Onkoloji Dinpanserin bağlanması ilə bağlı xəbər bu gün təsdiqini tapıb.
Bu gün xəstəxana işçiləri dispanserin bağlanması ilə əlaqədar aksiya keçirməyə cəhd göstəriblər. Lakin əraziyə gələn Nəsimi rayon Polis İdarəsinin əməkdaşları onların bu istəyinin qarşısını alaraq aksiyanın keçirilməsinə imkan verməyiblər.
Onkoloji Dispanserin baş həkimi Şahbaz Hənifəyev Modern.az saytına açıqlamasnda məlumatı təsdiqləyib.
O, dispenser işçilərinin işsiz qalmayacağını, ayrı-ayrı xəstəxanalarda işlə təmin ediləcəklərini söyləyib.
Modern.az ləğv edilən dispanserin yerində hansı təyinatlı binanın tikiləcəyi ilə bağlı Bakı Səhiyyə İdarəsi ilə əlaqə saxlayıb.
İdarədən bildiriblər ki, onlarda ancaq dispanserin fəaliyyətinin dayandırılması ilə bağlı qərar var. Ancaq orada nə tikiləcəyi barədə xəbərsizdirlər.
Baş həkim Şahbaz Hənifəyev də xəstəxananın yerindən hansı məqsəd üçün istifadə ediləcəyindən xəbərsiz olduğunu deyib.
Modern.az saytının əldə etdiyi məlumata görə, dispanserin yerləşdiyi ərazidə böyük bir istirahət mərkəzi inşa ediləcək. Amma həmin mərkəz kimə məxsus olacaq, bu hələ qaranlıqdır..
Modern.az