3 - cü dünya müharibəsi baş verə bilər?! Əgər məşhur bolqar kahini-öncəgörəni Vanganın proqnozları özünü doğruldarsa, bu baş verə bilər. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, bolqarıstanlı kahin Vanqanın iddialarına görə 2010-cu ilin noyabr ayında 3-cü dünya müharibəsi başlayacaq və 2014-cü ildə isə başa catacaq.
Bolqarıstanlı kahinin proqnozları ölümündən 14 il sonra yenidən gündəmə gəlib. Səbəb isə bir müddət sonra reallaşacaq 3-cü dünya müharibəsi ilə bağlı proqnozlardır.
Vanganın iddialarının ciddiyə alınması şübhəsiz ki, səbəbsiz deyil. Belə ki, o, 11 sentyabr hadisələri və ABŞ-a zənci bir prezidentin rəhbərlik etməsi haqqında proqnozlar vermişdi. Mütəxəssislər deyirlər ki, Vanganın ”Bir gün Amerkada Ağ ev qara olacaq, okeanın kənarındakı qara insanlarsa ağ” sözləri ilə indiki prezident Barak Obamanın gəlişinə işarə verilib.
Vanqa 11 sentyabr hadisələrinə isə bu sözlərlə işarə etmişdi: ”Faciə, Faciə! İki amerkalı qardaş polad quşlar tərəfindən uçuralacaq. Canavarlar ulaşacaq, günahsız insanların qanları su kimi axacaq ”.
Həm əkiz qüllələrə olan hücum və həm də bu bəhanə ilə ABŞ-ın Əfqanıstanda və İraqda tökdüyü qanlar Vanga nənənin iddialarının kifayət qədər ciddi olmasına əsas verir.
İndi bütün dünya Vanga nənənin 3-cü dünya müharibəsinin başlanması haqqında verdiyi proqnozun özünü doğruldub-doğrultmayacağı ilə maraqlanır.
Vanga 1911-ci ildə Makedoniyada dünyaya gəlib.12 yaşında böyük bir burulğana düşüb. Möcüzə nəticəsində sağ qalan Vanga itdiyi yerdən 2 km aralıda palcıq və budaqların arasında tapılır. Bu hadisədən sonra görmə qabiliyyətini itirən balaca Vengelianın həyatında böyük dəyisikliklər baş verir. Belə ki, o, gələcəyə dair proqnozlar verməyə başlayır. Vanga 1996-cı ildə dünyasını dəyişib.
Modern.az