Modern.az

Deputatların maaşının YAŞAT Fonduna verilməsi təklif edildi

Deputatların maaşının YAŞAT Fonduna verilməsi təklif edildi

Parlament

11 Aprel 2023, 11:28

Deputatların maaşlarının bir hissəsinin YAŞAT Fonduna verilməsi təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib.

 

“Mən qazilərimizlə danışıqlar aparanda onlar bildirirlər ki, YAŞAT Fondunda maliyyə çatışmazlıqları var. Ona görə də müalicələrdə gecikmələr olur. Mən təklif edirəm ki, bu ay əmək haqlarımızın bir hissəni YAŞAT Fonduna bağışlayaq. Bununla da biz digər imkanlı şəxslərə nümunə ola bilərik. Ümid edirəm ki, deputat həmkarlarım bu ay əmək haqlarının bir hissəni YAŞAT Fonduna bağışlamaqla nümunə olacaqlar”,- deyə parlamentari vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi