Modern.az

Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq - Spikerdən tapşırıq

Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq - Spikerdən tapşırıq

Parlament

25 Aprel 2023, 11:32

Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib.

 

“Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram. Bu məsələ ilə bağlı çox ciddi məşğul olun. Komissiyada müzakirə aparın və mənə məruzə edin”,- deyə sədr bildirib.

 

Milli Məclisin deputatları sədrin tapşırığını dəstəkləyib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi