Azərbaycan və Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop tviter hesabında bildirib.
“Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik. Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.
İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, - türkiyəli spiker qeyd edib.
Azerbaycan Millî Meclis Başkanı kıymetli dostum Sahibe Gafarova ve beraberindeki heyeti Gazi Meclisimizde misafir ettik.
— Mustafa Şentop (@MustafaSentop) April 27, 2023
Baş başa ve heyetler arası gerçekleştirdiğimiz görüşmelerde “iki devlet bir millet” düsturuyla inşa ettiğimiz ilişkilerimizin, artarak devam etmesinden… pic.twitter.com/PdZx1FsglO