Modern.az

Televiziyada evlənmək olar? - Siyavuş Novruzov

Televiziyada evlənmək olar? - Siyavuş Novruzov

2 May 2023, 11:58

“Televiziyalarda verilişlərə xüsusi diqqət edilməlidir. Görürsən ki, 70 yaşlı kişini televiziyaya evlənməyə çağırırlar”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Axı bizim milli mentalitemiz var, bu kimi hallar bizlərə ziddir. Rusiyada belə verilişlər var, amma onların mentaliteti fərqlidir, biz belə olmalı deyilik. Televiziyalarda evlənməkmi olar? Bizim ağsaqqalarımız da bunlara münasibət bildirməlidir. Bunlara nəvə, nəticə, uşaqlar baxır. Lap beş manat pul qazanırsız, Allah qəbul etsin. Amma xalqın zövqünü pozmayın”,- deyə deputat yerli telekanallara etirazını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi