Milli Məclisin deputatları növbədənkənar sessiyanın keçirilməsi üçün spikerə müraciət ünvanlayıb.
Modern.az xəbər verir ki, deputatların imzaladığı müraciət parlamentin sədri Sahibə Qafarovaya təqdim edilib.
Növbədənkənar sessiyanın keçirilməsi haqqında qərarın mayın 31-i, yəni bu gün Milli Məclisin yaz sessiyasının başa çatmasından sonra veriləcəyi bildirilir.
Qeyd edək ki, bu gün parlamentin yaz sessiyası üzrə sonuncu plenar iclası keçiriləcək. İclasın gündəliyinə 14 məsələ daxil edilib.
Məlumat üçün bildirək ki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, spiker növbədənkənar sessiyanı Prezidentin və ya 42 deputatın tələbi əsasında çağırır. Adətən növbədənkənar sessiya iyun ayının 15-nə qədər yekunlaşır.