Modern.az

Ağdamda kütləvi məzarlıq aşkarlandı - FOTOLAR

Ağdamda kütləvi məzarlıq aşkarlandı - FOTOLAR

Qarabağ

19 İyun 2023, 11:11

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində kütləvi məzarlıq aşkar edilib.

 

Modern.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aşkar edilən məzarlıqda dörd insanın qalığının olması ehtimal edilir.

 

Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

 

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI