Modern.az

Qarabağda yaradılan şəraiti görəndə ümidlərim böyüyür - Cəbrayıl sakini 

Qarabağda yaradılan şəraiti görəndə ümidlərim böyüyür - Cəbrayıl sakini 

Qarabağ

22 İyul 2025, 09:24

“Qarabağdakı inkişafı, yaradılan şəraiti görəndə ümidlərim böyüyür, gözləntilərim çoxalır. Hiss edirəm ki, bu torpaq yenidən canlanır və biz də burada yenidən həyat quracağıq. Buna baxıb mən də işləmək, qurub-yaratmaq istəyirəm”.

Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köçən Famil Maqsudov deyib.

O qeyd edib ki, uzun illər məcburi köçkünlük şəraitində yaşamaq çətin və əzablı olub. Bu illər ərzində Vətənə dönüş ümidi bir an da olsun sönməyib:

“Əzablar, əziyyətlər çox oldu. Amma heç vaxt inamımızı itirmədik. Bu gün doğma yurda qayıtdığımız üçün şükür edirəm. Qarabağda gedən işləri, fəaliyyəti diqqətlə, həvəslə izləyirik, gördüklərimizə heyran qalırıq”.

O, həmçinin ölkəmizin azadlığı naminə canından keçən şəhidlərimizi rəhmətlə yad edib, onların ailələrinə səbr diləyib, qazilərimizə şəfa və uzun ömür arzulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!