Modern.az

“Çobanlar məktəblərə direktor təyin olunub” - Musa Qasımlıdan İTTİHAM

“Çobanlar məktəblərə direktor təyin olunub” - Musa Qasımlıdan İTTİHAM

Təhsil

15 Dekabr 2022, 11:18

“Hər kəs yaxşı bilir ki, müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Musa Qasımlı deyib.

 

Parlament üzvü çıxışında deyib: "Çobanın rəhbərlik etdiyi məktəbdən nə gözləmək olar. Gizlətmək olmaz ki, direktorların çoxu tapşırıqla təyin olunur, adını yaza bilməyən biri məktəbi idarə edirsə, onda uşağa heç nə demək olmaz. Təhsil sahəsində islahatlar aparmaq lazımdır, yoxsa vəziyyət ürəkaçan olmayacaq. Kiminsə qohumları, tanışları yığışdırılmalıdır. Bunun qarşısını almasaq, bizi gələcəkdə fəlakət gözləyir”.

Bu xəbər ilə bağlı
Repetitorluğu ləğv etmək lazımdır - Parlamentdə təklif verildi
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi