Modern.az

Deputatdan məmurlara TƏNQİD: “Vəzifəyə gələn kimi öz qohumlarını gətirirlər”

Deputatdan məmurlara TƏNQİD: “Vəzifəyə gələn kimi öz qohumlarını gətirirlər”

15 Dekabr 2022, 12:48

Təhsildə olan problemləri kökündən həll etmək lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Ceyhun Məmmədov deyib:

 

"Problemin olmasından çoxları məsuliyyət daşıyır. Həmin müəllimləri kimlər işə qəbul edib, onlar necə məzun olublar? Bu suallara cavab verilməlidir. Fənnini bilməyən müəllimlər niyə gəlib dərs deməlidir? Eyni zamanda bu gün sertifikasiyadan keçməyən müəllimlər var. Digər tərəfdən təhsildə tanışlıq məsələsini də aradan qaldırmalıyıq".

 

"Bu gün vəzifə başına gələn öz dostunu, qohumunu yanına gətirir. Gətirilən adam da öz tanışını gətirir. Bu proses uzun olaraq davam edir. Bunun qarşısını almaq lazımıdır. Burada yaşlı müəllimləri də nəzərə almaq lazımdır. Təkcə bilik yox, şəxsi keyfiyyətlər də nəzərə alınmalıdır”, - deputat çıxışında vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi