Modern.az

Tanınmış jurnalistin oğlu ABŞ-ın 8 universitetindən dəvət ALDI

Tanınmış jurnalistin oğlu ABŞ-ın 8 universitetindən dəvət ALDI

Təhsil

18 Aprel 2023, 10:08

6 il əvvəl Azərbaycanı tərk edərək Amerikaya köçən jurnalist Qənirə Ataşovanın böyük oğlu Fərhad ABŞ-ın 8 univeristetindən qəbul dəvəti alıb.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalist özünün sosial şəbəkə hesabında məlumat yayıb.

 

“NYU, Duke, Georgetown, VCU, Buffalo, GeorgeTech daxil olmaqla 8 univeristetdən qəbul dəvəti almışıq. Hələ yolda olanlar da var. Bu son deyil. Hələ başlanğıcdır. 11 illik təhsil yolu onu gözləyir. Seçimi tibbdir. Ümid edirəm ki, insanlığa bir də Fərhad adlı Azərbaycan əsilli amerikalı neyrocərrah xidmət edər”, - deyə jurnalist bildirib.

 

Qeyd edək ki, Qənirə Ataşova uzun illər ANS TV-də çalışıb. Onun Ceyhun adlı bir oğlu da var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi