Modern.az

Direktorların işə qəbulu üzrə qeydiyyat başa çatdı

Direktorların işə qəbulu üzrə qeydiyyat başa çatdı

Təhsil

17 May 2023, 14:50

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, elektron qeydiyyat prosesində 2956 namizəd iştirak edib.

 

Hazırda elektron ərizələrin yoxlanılması həyata keçirilir. Yoxlama prosesi başa çatdıqdan sonra test imtahanı mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və əmək qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Test imtahanında uğur qazanmış namizədlər yazı işi mərhələsinə dəvət olunacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var