Müəllimlərin sertifikatlaşdırılması imtahanında davamiyyət olduqca yüksəkdir.
Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli bildirib.
"Ötən il 15 min müəllim imtahana dəvət edilmişdi. Davamiyyət yüksək idi. Müəllimlərdən əksəriyyəti imtahanı uğurla verdi. İlk cəhddə uğur qazanmayan müəllimlər təlimlərə cəlb edildilər. Bu, onların davamlı inkişafına hesablanmışdı. Bu məqsədlə 57 dəstək mərkəzi yaradıldı. Beləliklə, müəllimlər akademik təlimlərə cəlb olundular. Bu gündən yeni imtahanlara start verildi. 10 şəhərdə 13 imtahan mərkəzində proses gedir. Davamiyyət olduqca yüksəkdir. Müəllimlərin 95 faizi artıq imtahan verir. Ötən il 8700-dən çox müəllim maaşlarına əlavələr aldılar. Ümid edirik ki, bu il belə müəllimlərin sayı daha çox olacaq", - deyə qurum rəsmisi qeyd edib.