Modern.az

IV qrupun birincisi: Situasiya suallarında səhvə yol verdim

IV qrupun birincisi: Situasiya suallarında səhvə yol verdim

Təhsil

20 İyun 2023, 18:04

Bu gün 1 və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. DİM-in elan etdiyi nəticələrə əsasən, 4-cü qrup üzrə yüksək bal toplayanlardan biri Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Məryəm Mahmudzadədir. O, hər iki mərhələnin cəminə görə 686 bal toplayaraq, qrup birincisi olub.

 

Təəssüratlarını Modern.az-la bölüşən Məryəm sözün yaxşı mənasında şokda olduğunu bildirib.

 

"Şokdayam. Mən özüm nəticəni indi öyrəndim. Daha sonra uşaqlar yazdılar. Yüksək bal topladığımı bildirdilər. Sözün açığı, imtahanda çətinlik çəkmədim. Sadəcə olaraq Fizikada diqqətsizlik göstərdim. Bəzi situasiya suallarında yanlışlığa yol verdim. Bu da balımın kəsilməsinə səbəb oldu", - o deyib.

 

Gələcək planları və hədəflərinə gəlincə, Məryəm söyləyib: "Xaricdə təhsil alıb-almamaqla bağlı dəqiq qərar verməmişəm. Bu barədə düşünəcəyəm.Tibb Universitetinin müalicə işi ixtisasında təhsil almaq istəyirəm. Yaxın günlərdə ailəmlə birlikdə qərar verəcəyəm".

 

Qeyd edək ki, 3-4 iyunda keçirilən imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.

 

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.

 

IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək