Modern.az

Mehriban Əliyeva təhsilə böyük diqqət göstərir - Müəllimlərin TƏBRİKİ

Mehriban Əliyeva təhsilə böyük diqqət göstərir - Müəllimlərin TƏBRİKİ

26 Avqust 2023, 17:35

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

 

Azərbaycan müəllimləri ölkəmizdə təhsilin inkişafınaşda böyük xidmətləri olan Mehriban Əliyevanı təbrik edib.

 

"İlin gənc müəllimi-2022" müsabiqəsinin qalibi, Ucar rayonu Alpı  kənd tam orta məktəbinin müəllimi və direktoru Səidə Quliyeva Modern.az-a açıqlamasında Birinci xanımın təhsil sahəsində fəaliyyətindən söz açıb.

 

"Həyatda elə şəxsiyyətlər var ki, onların adının çəkilməsi ilə bir anda gördüyü işlər göz önündə canlanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da xalq tərəfindən sevilən belə  şəxsiyyətlərdəndir. Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi təhsil sahəsinə geniş diqqət və qayğı göstərməkdədir. İctimai fəaliyyətlərdə təhsilin inkişafına və gənclərin potensialını artırmağa  töhfə isə ilə tanınır, incəsənət və elmi sahələrdə peşəkar hazırlıq, gənc talantların dəstəklənməsi kimi sahələrdə fəaliyyət göstərir. Həyatının  başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir.Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbirlər bu nəcib əməllər sahibinin hərtərəfli bilik və bacarıqlara malik olduğunu göstərir. Mehriban xanımın fəaliyyəti uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqələrini əhatə edir”.

Gənc müəllim Mehriban xanım Əliyevanın təhsil sahəsindəki təşəbbüslərindən danışıb:

 

“Azərbaycanın birinci xanımı çıxışlarında qeyd edir: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”. Və təsadüfi deyil ki, Heydər Əliyev Fondu tərəfindən uğurla reallaşdırılan “Təhsilə dəstək” layihəsinin  əhatə dairəsi, coğrafiyası  gündən-günə  genişlənməkdədir. Layihə artıq ölkə miqyasından çıxaraq beynəlxalq humanitar missiyaya çevrilibdir. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə çox böyük əks-səda doğurub. Ümumilikdə layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və ya yenidən qurulub.Təhsillə bağlı reallaşdırılan irimiqyaslı tədbirlər Mehriban Əliyevanın dünya insanının savadlanmasına xidmət etməklə hansı ölkədə yaşamasından asılı olmayaraq insanlara bir addım yaxın, faydalı olmaq məqsədini özündə ehtiva edir. Və onu təkcə bizlər deyil, digər ölkələrdə reallaşdırdığı layihələrdən bəhrələnən insanlar da özünün doğması kimi qəbul edir. Birinci xanım artıq hamının MEHRİBANI olmağı bacarıb. Azərbaycanın birinci xanımı bütün dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Mehriban xanım Əliyevaya millətin gələcəyinə, milli intibah prosesinə yeni və dəyərli töhfələrin verilməsinə hesablanmış xoşməramlı missiyaların davam etdirilməsində uğurlar arzulayırıq” .

“İlin gənc müəllimi-2022" müsabiqəsinin qalibi, Lənkəran rayon Jidi kənd ümumi orta məktəbin müəllimi Leyla Qarazadə saytımıza açıqlamasında deyib:

 

"Sözə belə başlamaq istərdim….Mən ucqar bir kənddə işləyən müəlliməm. Məktəbimiz şəhər mərkəzindən 45 km məsafədə yerləşir. Bütün çətinliklərə baxmayaraq mən peşəmi vicdanla və şərəflə yerinə yetirməyə çalışıram. Bu bizim təhsilə verilən dəyər və dəstəkdən irəli gəlir”.

 

Gənc müəllim qeyd edib ki, Mehriban Əliyeva təhsilə yüksək diqqət və qayğı göstərir:

 

“Dünyada ən işgüzar birinci xanım kimi tanınan Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva təhsilə yüksək diqqət və qayğı göstərir.

 

“Yeniləşən Azərbaycanda yeni məktəb” və başqa bu kimi layihələr çərçivəsində yüzlərlə məktəb tikilərək istifadəyə verilib.Bununla yanaşı işğaldan azad olunmuş ərazilərdə məktəblərin tikilməsi də təhsilə olan qayğıdan irəli gəlir. Diqqətimi ən çox cəlb edən məqamlardan biri də qayğıya ehtiyacı olan uşaqlara olan diqqətdir. Bir müəllim olaraq bütün uşaqlar adından Mehriban xanım Əliyevanı təbrik edirəm. Uşaqların sevgisi qədər yürütdüyü dövlət siyasətində və təhsilə diqqətində uğurlar arzu edirəm”.

 

"İlin gənc müəllimi-2022" müsabiqəsinin qalibi İsmayıllı rayon Talıstan kənd tam orta məktəbin müəllimi Orxan Əhmədov deyir ki, Mehriban xanım Əliyevanın səhiyyə, təhsil, mədəniyyət sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələr onun necə şəxsiyyət olduğunun bariz nümunəsidir.

 

"Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə də məhz fondun adını daşıdığı görkəmli şəxsiyyətə layiq xüsusi dəsti-xətt nümayiş olunur. Ölkəmizdə həyata keçirilən layihələr Azərbaycanın müasirləşməsinə dünya ölkələrinin sözün yaxşı mənasında diqqətini üzərimizə çəkməyə və təhsilimizin inkişafına xidmət edir. Birinci xanımın genişmiqyaslı layihə və proqramların əsasında təhsil sistemini təkmilləşdirmək və onu dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi dayanır”.

 

Müəllim deyib ki, indiyə kimi təhsil sahəsində müəyyən layihələr reallaşdırılıb:

 

“Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə bu günə qədər təhsil sahəsində önəmli proqram və layihələr həyata keçirilib. Onların arasında "Yeniləşən Azərbaycan" məktəb proqramı xüsusi qeyd edilməlidir. Fondun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsədlər Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə doğru irəliləyərək, müasir maddi-texniki və intellektual zəmin formalaşdırmaqdadır. Şübhəsiz təhsil infrastrukturunu yeniləmədən müasir tipli məktəblər inşa etmədən təlim-təsdris üçün lazımi şərait yaradılmadan dünya ölkələrin mütərəqqi  təhsil ənənələrini nəzərə almadan  biz məqsədlərə nail ola bilmərik. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün ölkə üzrə "Yeniləşən Azərbaycan yeni məktəb” layihəsi ilə yanaşı, “Təhsilə dəstək” kimi proqramların icrasını həyata keçirməkdədir. Azərbaycanın da gələcəyi təhsil alan uşaq və gənclərdən asılıdır. Ona görə. də, təhsil ölkəmizdə prioritet sahədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?