Modern.az

2 min nəfər ixtisas seçimində iştirak etməyib

2 min nəfər ixtisas seçimində iştirak etməyib

Təhsil

22 Avqust 2024, 10:10

İxtisas seçimi müsabiqəsinə buraxılan 85 min şəxs var idi.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

 

“Onlardan 83 min abituriyent ixtisas seçimi üçün sənəd verib. Biz buradan görürük ki, onlardan 2 min şəxs müsabiqədə iştirak etməkdən imtina edib. Buna səbəb ola bilsin ki, onlar ya xaricə gedib, ya da yığdıqları bal istədiyi ixtisaslarına uyğun olmayıb”, - o, televiziyaya müsahibəsində deyib.

 

Gülarə Quliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi