Modern.az

Qəbul imtahanlarının cavabları bu həftə açıqlanacaq - RƏSMİ

Qəbul imtahanlarının cavabları bu həftə açıqlanacaq - RƏSMİ

Təhsil

10 İyun 2025, 10:09

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirib.

İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub. 

DİM-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, II və III ixtisas qrupları üzrə cavablar bu həftə elan olunacaq. Dəqiq tarix demək isə hələ ki mümkün deyil.

Qeyd edək ki, bundan əvvəlki illərdə keçirilən qəbul imtahanlarının nəticələri də 2 həftədən gec olmayaraq açıqlanıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ