Modern.az

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Təhsil

11 İyun 2025, 12:54

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçiriləcək.

Modern.az-ın məlumatına görə, iclasda  “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd müzakirə olunacaq.

Qanun layihəsində "Təhsil haqqında" Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild 1); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 163-VIIQD nömrəli Qanunu) 18.5-ci maddəsinə "strukturlarında" sözündən sonra "məktəbdənkənar təhsil müəssisələrində" sözlərinin əlavə edilməsi nəzərdə tutulur.

 "Məktəbəqədər təhsil haqqında" Qanunda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012 (Cild 1); 2025, № 1, maddə 18) isə aşağıdakı dəyişikliklər təklif olunur:

2.1. 8.5-ci maddənin birinci cümləsinə ikinci halda "müəssisələrində" sözündən sonra "məktəbdənkənar təhsil müəssisələrində" sözləri əlavə edilsin.

2.2. aşağıdakı məzmunda 11.4.5-1-ci maddə əlavə edilsin:

"11.4.5-1. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum