Modern.az

İmtahan qaydalarını pozan abituriyentlər istintaqa cəlb edilib - RƏSMİ

İmtahan qaydalarını pozan abituriyentlər istintaqa cəlb edilib - RƏSMİ

Təhsil

30 İyul 2025, 10:10

Sosial şəbəkələrdə müəyyən imtahan qaydalarını pozan şəbəkələrin ifşa olunmasına dair məlumatlar yayılır. DİM hər zaman imtahanların şəffaflığı üçün tədbirlər görür.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imtahanlar bitdikdən sonra məlumatlar açıqlanır, press-reliz dərc edilir:

“İmtahan qaydalarını pozanlarla bağlı vaxtından, yerindən asılı olmayaraq pozuntuların səviyyəsindən asılı olaraq tədbirlər görülür. Hüquq-mühafizə orqanlarına müraciət edilib, bir neçə abituriyent istintaqa cəlb edilib. Prosesin nəticələri barədə istintaq bitəndən sonra məlumat dərc ediləcək”.

Xatırıladaq ki, ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub. Əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı