Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqənin nəticələri gələn ayın axırı elan oluna bilər.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
"Bu ilki ixtisas seçimində 60 mindən artıq plan yeri elan olunub və 126918 nəfər qeydiyyatdan keçib. Hazırda I-IV ixtisas qrupları üzrə qabiliyyət imtahanları və apellyasiyalar davam edir. Bu proses yekunlaşdıqdan sonra ixtisas seçimi ilə bağlı abituriyent jurnalının 4-cü nömrəsi çap olunacaq. Bundan əlavə, "İxtisas seçimində nələrə diqqət edilməli?" broşurları da çap olunacaq".