Modern.az

MİQ imtahanında 1867 namizəd uğur qazandığı vakansiyadan imtina edib

MİQ imtahanında 1867 namizəd uğur qazandığı vakansiyadan imtina edib

Təhsil

30 İyul 2025, 16:30

Son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib.

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, MİQ-də namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!