Modern.az

TələbəPlus layihəsinə 350-dən çox yerli və xarici partnyor qoşulub

TələbəPlus layihəsinə 350-dən çox yerli və xarici partnyor qoşulub

Təhsil

14 Avqust 2025, 17:06

Eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir.

“Layihəyə 350-dən çox yerli və xarici partnyor qoşulub”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsilin İnkişaf Fondundan məlumat verilib.

Sorğumuza cavab olaraq Fondun mətbuat katibi Könül Abdulrəşidova qeyd edib ki, kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir:

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulub. Belə ki, 7 teatrda biletlərə 20% endirim tətbiq olunur. Layihə çərçivəsində, həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə Əməkdaşlıq Memorandumu imzalanıb”,- Təhsilin İnkişaf Fondundan bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu