Modern.az

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

Təhsil

28 Avqust 2025, 14:10

Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə müəllimlərin şəxsi məqsədlər üçün məclis təşkil etdiyi iddia olunub. Bir vətəndaş məktəb binasında qeyri-təhsil məqsədləri ilə toplantının keçirildiyinin şahidi olduğunu bildirib. Şikayətçi həmçinin qeyd edib ki, məktəbə son bir ildir ki, yeni direktor təyin edilməyib, bu da idarəetmədə müəyyən çətinliklər yarada bilər.

182 nömrəli məktəbdən Modern.az-a verilən məlumata görə, qeyd olunan videogörüntülər qeyri-dərs vaxtı çəkilib:

"Məktəbin texniki işçiləri və laborantlar yeni tədris ili ərəfəsində aparılan təmizlik və digər hazırlıq işlərini bitirdikdən sonra nahar etmək üçün icazə alaraq otaqda yemək yeyiblər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj