Modern.az

Məktəbin bütün 49 məzunu universitetə qəbul olundu

Məktəbin bütün 49 məzunu universitetə qəbul olundu

29 Avqust 2025, 14:52

Şirvan şəhəri Kimya-biologiya təmayüllü liseyin 2024–2025-ci tədris ili üzrə məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə ediblər.

Modern.az-ın məlumatına görə, Liseydən bildirilib ki, bu il sözügedən təhsil ocağını 49 məzun bitirib.

Liseydə 650-dən çox bal toplayan məzun sayı 6 nəfərdir və onlar Bakı Ali Neft Məktəbi (2 nəfər), Azərbaycan Tibb Unversiteti (2 nəfər), ADA Universitetini (2 nəfər) seçiblər. Liseyin 3 məzunu xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.

Liseyin bir məzunu isə yüksək balla Qarabağ Universitetinin Maliyyə fakültəsinə qəbul olub.

Ümumilikdə isə lisey məzunlarının 12 nəfəri 500-dən çox bal toplayaraq uğurlu nəticə əldə edib.

Qeyd edəki, məzunların 7 nəfəri elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl nişan ilə təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ