"Formula 1” yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilir.
Modern.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:
"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”. (Mənbə: Azərbaycan müəllimi)