Modern.az

3 gün qaldı! - Qeydiyyatdan keçməyənlər tələbə ola bilməyəcək

3 gün qaldı! - Qeydiyyatdan keçməyənlər tələbə ola bilməyəcək

Təhsil

5 Sentyabr 2025, 12:52

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust – 8 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Modern.az qeydiyyatdan keçənlərin sayını öyrənmək üçün bir neçə ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) sorğumuza cavab olaraq bildirilib ki, universitetin bakalavriat səviyyəsinə qəbul olunmuş 2696 abituriyentdən 2607-si (yəni 96%) artıq portal üzərindən müraciətini tamamlayaraq göndərib. Onlardan 2403 nəfərin (92%) müraciəti universitet tərəfindən təsdiqlənib, 204 nəfərin sənədləri isə baxış mərhələsindədir.

Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) isə 3700-ə yaxın abituriyentin qeydiyyatdan keçdiyi bildirilir.

Azərbaycan Dillər Universitetində (ADU) ali təhsil müəssisələrinə qeydiyyatdan keçənlərin sayı isə 1770 nəfər təşkil edir.

Xəzər Universitetindən verilən məlumata görə, bu tədris ili üzrə qeydiyyatdan keçənlərin sayı 1407 nəfərdir ki, bu da 91,5% təşkil edir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular