Modern.az

Şirvan seçiciləri: “Biz Rafael Cəbrayılova səs verəcəyik” - FOTOLAR

Şirvan seçiciləri: “Biz Rafael Cəbrayılova səs verəcəyik” - FOTOLAR

20 Oktyabr 2015, 16:27


46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun seçkiqabağı təbliğat kompaniyası uğurla davam etdirilir.

Dövlət büdcəsinin müzkirəsi ilə əlaqədar millət vəkili Rafael Cəbrayılov  Milli Məclisin plenar iclasında iştirakı etdiyi üçün  bu günkü görüşdə namizədin səlahiyyətli nümayəndəsi və vəkilləri iştirak ediblər.

Rafael Cəbrayılovun  seçki platforması haqqında məlumat verən səlahiyyətli nümayəndə, əsasən Şirvan şəhər sakinlərinin maddi rifahının yüksəldilməsi üçün nəzərdə tutduğu fəaliyyət prinsipləri haqqında məlumat verdi.

Çıxış edən seçicilər Rafael Cəbrayılovun  fəaliyyətindən və əhaliyə qarşı göstərdiyi mehribanlıqdan danışaraq, seçki platformasını yüksək qiymətləndiriblər.

Qeyd ediblər ki, Şirvan sakinləri Rafael Cəbrayılovu yaxşı tanıyır və 1 noyabrda hamılıqla səs verərək deputat seçilməsini təmin edəcəklər.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!