Suriya prezidenti Bəşər Əsədin gizli şəkildə Moskvaya səfər edərək rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi dünya siyasi dairələrini düşündürür.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu ölkənin baş naziri Əhməd Davudoğlu Bəşər Əsədin səfərinə reaksiya verib.Onun sözlərinə görə Bəşər Əsəd kaş ki Moskvada qalaydı: “Əsədin Mokvaya getməsi... Nə deyim. Kaş ki Moskvada uzun bir müddət qalaydı və bununla da Suriya xalqı rahatlanardı”.
Modern.az