Modern.az

Ziyad Səmədzadə seçiciləri ilə görüşüb – FOTOLAR

Ziyad Səmədzadə seçiciləri ilə görüşüb – FOTOLAR

21 Oktyabr 2015, 17:37

23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadə seçiciləri ilə görüş keçirib.

Modern.az xəbər verir ki, görüşdə seçicilərlə geniş fikir mübadiləsi aparan Z. Səmədzadə onların şikayət və istəklərini dinləyib.

Z. Səmədzadə seçicilərinin problemləri ilə yaxından tanış olmaq üçün onlarla növbəti dəfə görüşəcəyini də bildirib.

“Problemlərinizin aradan qalxması üçün sizlərlə yenidən görüş keçirəcəm. Və  səlahiyyətlərimdən istifadə edərək bütün problemlərinizin qanuni yolla həll edilməsi üçün bu məsələni Milli Məclisdə də müzakirəyə çıxaracam”.

Z. Səmədzadə sonda seçicilərinə səslənərək, bəzi dövlətlərdə demokratiya pərdəsi altında olan hadisələrin bizdə də təkrarlanmaması üçün onları birliyə çağırıb.

“Sizləri 1 noyabr 2015-ci il tarixində keçiriləcək seçkilərdə aktiv şəkildə iştirak etməyə dəvət edirəm”.



Emil Rasim  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!