80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşlərini uğurla davam etdirir.
Ç.Qənizadə daha 6 kənddə - Şərq, Türklər, Muradxanlı, Cəfərli, Oruclu, Ağaməmmədli kəndlərindən olan seçicilərlə görüş keçirib və bu günədək görüş keçirdiyi kəndlərin sayını 30-a çatdırıb.
Görüşlərdə seçicilər də çıxış edib. Onlar Ç.Qənizadənin 5 illik deputat fəaliyyətindən razı qaldıqlarını dilə gətirib, millət vəkili kimi fəaliyyət göstərdiyi illərdə seçiciləri tərəfindən qaldırılan məsələləri diqqətdə saxladığını, onların həlli istiqamətində öz səyini əsirgəmədiyini vurğulayaraq Çingiz Qənizadəni yenidən dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.
Ç.Qənizadənin seçicilərlə görüşləri davam edir.