Oktyabrın 22-də 86 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclisin deputatlığına namizəd Novruz Aslanov seçki kampaniyasını Uştal, Soltankənd, Qələyə və İvanovka kənlərində möhtəşəm görüşlərlə davam etdirib.
Seçicilər N. Aslanova bu seçkilərdə də onu dəstəkləyəcəklərini bildiriblər.Novruz Aslanov da öz növbəsində bu hərarətə görə sakinlərə öz təşəkkürünü edib, onlarla səmimi söhbətlər aparıb.
Sakinlər dövlətin həyata keçirdiyi siyasəti həmişə dəstəklədiklərini vurğulayıb və bu sabitliyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Kənd ağsaqqalları da Novruz Aslanovun imkanları daxilində hər zaman rayon sakinlərinə dəstək verdiyinə görə məmnun olduqdarını bildiriblər.
Məlumat üçün bildirək ki, bu günə kimi Novruz Aslanov 45 kənddə görüş keçirib və bu görüşlər 70 kəndin sakinini əhatə edib.