Modern.az

“Bakıda zəhərlənmə suya çirkab suyun qarışması səbəbindən baş verməyib” - Səhiyyə Nazirliyi

“Bakıda zəhərlənmə suya çirkab suyun qarışması səbəbindən baş verməyib” - Səhiyyə Nazirliyi

23 Oktyabr 2015, 11:51

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında qeyd edildiyi kimi 70 nəfər deyil, cəmi bir neçə nəfər sudan zəhərlənib.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, insanlar arasında sudan baş verən zəhərlənmə ilə əlaqədar aparılan araşdırmalar zamanı içməli suda göstəricilərin normadan kənara çıxdığı məlum olub:

“Həmin ünvanda yaşayan bir necə nəfər mədə-bağırsaq pozuntusu ilə müalicə-profilaktika müəssisələrinə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, içməli suda normadan kənara çıxma halları olduğuna görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “Azərsu” tərəfindən lokal ərazidə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Hazırda təkrar götürülən su nümunələrində göstəricilər norma daxilindədir. Xəstələrin hazırda heç bir şikayətləri yoxdur”.

Nazirlikdən bildirilib ki, su nümunələrində göstəricilərin normadan kənara çıxmasının səbəbləri araşdırılır. “Zəhərlənmənin içməli suya çirkab sularının qarışması səbəbindən baş verməsi barədə söylənilən fikirlər əsassızdır”.

Aytən Zəhra

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!