Modern.az

Elmar Vəliyev hesabat verdi

Elmar Vəliyev hesabat verdi

23 Oktyabr 2015, 13:12

Gəncədə  şəhər fəallarının  2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş  yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunan əsas məqamlara toxunub.
Tədbirdə bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadıq-quruculuq işlərindən, diğər infrastruktur layihələrin sürətlə həyata keçirilməsindən söhbət açılıb. Vurğulanıb ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Gəncəçay çayının şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işləri aparılıb,  çayın məcrasının yenidənqurulması işləri sürətləndirilib. Çayın sağ sahilində bulvarın salınması ilə əlaqədar Uşaq Əyləncə və Ticarət Mərkəzi, kafe və digər məişət obyektləri, fəvvarələr inşa edilib, 13 min 400 kvadratmetrdən çox tamet və bardür döşənib, yaşıllaşdırma işləri aparılıb. Hazırda Kitab Evi inşa edilir, uşaqların istirahəti üçün  attraksionlar quraşdırılır. Gəncəçay çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün metal konstruksiyadan tikilmiş körpü yeni standartlara uyğun qurularaq, müasir şəhərsalma qaydalarına uyğunlaşdırılacaq. Gəncəçay çayının sağ sahilində  analoqu olmayan xüsusi layihə əsasında, 5 mərtəbəli Mətbuat Evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası sürətləndirilib. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan, Şərqin qədim karvan-ticarət yolu üzərində yerləşən “İmamzadə” Dini Kompleksində aparılan təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri  tamamlanmaq üzrədir. Biznes Mərkəzinin,şəhər Prokurorluğunun müasir tələblərə cavab verən dördmərtəbəli yeni inzibati binasının, Fikrət Əmirov küçəsində 5 mərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Vəli Xuluflu küçəsində “Bazar Store” MMC-nin, aeroport yolu istiqamətində maşın bazarının, Nizami prospektində çoxmərtəbəli Ticarət Mərkəzinin və digər sosial-mədəni və xidmət obyektlərinin inşası davam etdirilir.

Cavad xan qəsəbəsində  uşaqların və əhalinin istirahəti üçün  şərait yaradılır, həyətyanı sahələr  abadlaşdırılır,  240 yerlik uşaq bağçası müasir tələblərə uyğun yenidən əsaslı təmir edilərək istifadəyə verilib.

Hacıkənd qəsəbəsində abadlıq- quruculuq işləri ilə yanaşı, 50 yerlik uşaq bağçasının inşası başa çatmaq üzrədir.

Yol-nəqliyyat infrastrukturunun yenidənqurulması və bərpası, yolların genişləndirilməsi işləri davam etdirilməklə, prospekt və küçələrdə mövcud binaların fasadlarının, fərdi evlərin müasir və klassik memarlıq üslubunda yenidən üzlənməsi istiqamətində genişmiqyaslı işlər aparılıb.

Gəncə şəhərində də əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə layihə uğurla həyata keçirilir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, elektrik enerjisi və  təbii qaz sahəsində  görülən işlər ətraflı təhlil edilib.
Elmar Vəliyev  bildirib ki,  şəhərin sosial-iqtisadi həyatında əldə edilən müsbət dəyişikliklər, tərəqqi möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir.
“Bu  müvəffəqiyyətlər arxayınlıq yaratmamalıdır. Qarşıda qoyulmuş vəzifələrin tam icrasına nail olmaq məqsədi ilə bundan sonra da hamılıqla səfərbər olmalı, 2015-ci ili uğurla başa vurmalıyıq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!